Adolf Hitler tarixə tez-tez düşünülməmiş qərarlar verən fanatik diktator kimi düşüb. sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, ancaq yaxın zamana qədər kimsə ehtimal etməzdi ki, o, narkoman ola bilər, bir sıra preparatlardan – kokaindən tutmuş morfiyə, amfetaminə qədər asılılıqdan əziyyət çəkər.
Tarixçi Norman Olerin bir müddət əvvəl nəşr olunan "Faşist Almaniyasında narkotikitlərdən istifadə” kitabından aydın olur ki, təkcə fürer yox, Üçüncü reyx və bütün vermaxt daima, xüsusən də İkinci dünya müharibəsində narkotik vasitələrdən istifadə edib.
Oler BBC-yə müsahibəsində deyib ki, Hitlerin narkotikdən asılılığını onun şəxsi həkimi Teo Morelyanın qeydləri də təsdiqləyir. Hitlerin medikamentoz tarixini tarixçilər üç dövrə ayıra biliblər. 1936-cı ildən 1941-ci ilədək o, daha çox vitaminlər və qlükoza qəbul edib. Ancaq onlar onun venadaxilinə böyük dozalarda yeridilib.
"Əmin deyiləm, bunu da narkomanlıq hesab etmək olarmı? Ancaq 1941-ci ilin oktyabrında Rusiya ilə müharibə başlayanda Hitler hormonlara və steridlərə keçib. Ona venadaxili donuz qaraciyəri və digər kifayət qədər xoşaglməz preparatlar yeridiblər. 1943-cü ildə, xüsusən də 1944-cü ildə Hitler opiatami istifadə etməyə başlayıb. Onun daha tez-tez qəbul etdiyi farmakoloji nöqteyi-nəzərdən heroinə yaxın olan yukodal (oksikodon) qəbul edib”, - o, deyib.