Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə işgüzar səfərə yola düşüb.
sabahinfo.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Azərbaycan prezidenti İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitində iştirak edəcək. Tədbir mayın 23-24-də keçiriləcək.
Sammitdə BMT-nin baş katibi Pan Gi Mun və bir çox dünya liderləri də iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev axırıncı dəfə Türkiyəyə aprelin 13-də səfər etmiş və İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmişdi.