İordaniyanın qərbində yerləşən Əl-Karak şəhərində naməlum qrup polis şöbəsinə və turistlərin olduğu avtobusa hücum edib.
APA-nın "Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, olay terror aktı hesab edilir.
Hücum nəticəsində biri kanadalı turist qadın olmaqla, 5 nəfər həyatını itirib. Atışma zamanı 9 nəfər də yaralanıb.
Hadisə yerinə antiterror qüvvələri cəlb edilib. Əməliyyat aparılır.