İranda kredit kartı istifadəyə verildi

İran bankları daxili bazarı canlandırmaq məqsədi ilə ilk dəfə kredit kartlarını istifadəyə verib.

Sabahinfo.Az axar.az-a istinadən bildirir ki, İran Mərkəzi bankı tərəfindən müəyyən edilən ən aşağı limit 100 milyon riyal (2800 dollar), 300 milyon riyal (8400 dollar) və 500 milyon riyal (14 min dollar) olmaqla 3 fərqli kredit kartı müştərilərə təqdim edilib.
 
Banklar tərəfindən ən yüngül şərtlərlə təqdim olunan kartlardan yalnız İran daxilində istifadə etmək mümkün olacaq.
 
"Bank Millət" və "Ayende Bank" artıq 2 gün ərzində 12 mindən çox kredit kartı paylayıb.