İraqda şiə özünümüdafiə dəstələri Mosulla Suriyanın Rakka şəhərini birləşdirən yolu nəzarət altına alıblar.
APA-nın "AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə özünümüdafiə dəstələri nümayəndəsi Cəfər Hüseyni bildirib.
Onun sözlərinə görə, Suriyadan hərbi təchizat məhz bu yolla terrorçulara çatdırılır.
Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb.
Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib