ABŞ-da qəribə hadisə yaşanıb. sabahinfo.az saytı xəbər verir ki, AzNews.az -ın xarici mədiaya istinadən məlumatına görə, "İkinci əl bazarı”ndan ("Second hand”) əşyalar almağı alışqanlıq halına gətirən ABŞ sakini Emil Knodellin 100 dollara aldığı şkafın alt siyirməsindən sərvət çıxıb. Belə ki, 67 yaşlı kişinin aldığı 127 illik şkaf onu milyonçu edib. Alt siyirmənin gizli hissəsindən ləl-cəvahirat, almazlar, antik pul qəpikləri tapıb.
Emil Knodell sərvətini mənimsəməyib və insanlığa layiq iş görüb. Belə ki o, qarşılaşdığı qızıl dolu sandığı şkafı satın aldığı satıcıya təhvil verib. Sonradan məlum olub ki, gizli sərvət satıcının babasına məxsus olub.