Kolumbiyadakı dəhşətli qəzanın səbəbi məlum oldu

Braziliyanın "Şapekoense” futbol klubunu daşıyan təyyarənin yanacağı qurtarıb.

 

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiya Mülki Aviasiya İdarəsinin ilkin araşdırmasında bildirilir.

 

Məlumata görə, istintaq təyyarənin "qara qutuları” və digər dəlillərə əsaslanaraq bu nəticəyə gəlib.

 

Noyabrın 29-da  Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində "Şapekoense” klubunun futbolçuları və məşqçiləri daxil olmaqla  71 nəfər ölüb.