Kosmonavt Georgi Qreçko vəfat edib

İki dəfə Sovet İttifaqı Qəhrəmanı olan kosmonavt Georgi Qreçko vəfat edib.

Sabahinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qreçko 86 yaşında Moskvada dünyasını dəyişib.

1931-ci il Leninqradda anadan olan Georgi Qreçko 3 dəfə kosmosa səfər edib. Kosmosa uçuşları zamanı 1 saat 28 dəqiqə açıq kosmosda olub.