Kredit bürolarının yaradılması ilə bağlı növbəti addım atıldı

Banklar Assosiasiyasının prezidenti "Creditinfo Group” təşkilatının nümayəndələri ilə görüşüb.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və Gürcüstan, Qazaxıstan, Rumuniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edən və eyni zamanda onların əsas səhmdarı olan İsveç mərkəzli "Creditinfo Group” təşkilatının nümayəndələri ilə görüşüb. 

 Sabahinfo.az bu barədə Assosiasiyasının rəsmi saytı olan BBN.az-a istinadən xəbər verir. 

Görüş zamanı Azərbaycanda həmin büroların yaradılması ilə əlaqədar atılan addımlar, bu sahədə görülməli olan işlər müzakirə edilib. 

Eyni zamanda, büroların xaricdə fəaliyyəti, onların yaradılmasının banklar və digər əlaqədar tərəflər üçün faydası barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda bu sahədə görüləcək işləri özündə əks etdirən fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılıb.