“McDonald’s”dan valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək aksiyası

Noyabrın 1-dən bütün "McDonald’s” restoranlarında "Əl Uzat - Qəlbini Aç!” xeyriyyə aksiyasına start verilib.

Noyabrın 1-dən 20-dək restoranda suvenir olaraq satılan qolbaqlar və böyük Frenç Frayz-ın (yalnız noyabrın 20-də) satışından əldə olunan vəsait Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı ümumi orta internat” məktəbinin ehtiyaclarını ödəmək üçün sərf olunacaq.

4 noyabr tarixində "McDonald’s Azərbaycan” MMC mərkəzi ofisinin işçiləri "Əl Uzat - Qəlbini Aç!” aksiyasına və işçilərə dəstək olmaq üçün 1 gün ərzində "McDonald’s” restoranlarında işləyiblər.

"McDonald’s Azərbaycan” MMC-nin mərkəzi ofisinin bütün heyəti restoranlara gələrək öz həmkarlar ilə birlikdə istehsal prosesinin bütün mərhələlərində çalışıblar.

Qeyd edək ki, dünyaca məşhur "McDonald’s” şirkəti 1955-ci ildən etibarən mütəmadi olaraq belə aksiyalar keçirir və buna davam etməyi planlaşdırır. 

"McDonald`s Azərbaycan”ın idarəedici direktoru Maqsud Mirzəyevbildirib: "Biz hər zaman öz işçilərimizlə fəxr etmişik və edəcəyik. Mən böyük qürur hissi ilə deyə bilərəm ki, 1999-cu ildə bizimlə ilk restoranı açan adi işçilərimiz şirkətin qoyduğu təlim proqramlarına uyğun olaraq ölkəmizdə və xaricdə təlimlər keçərək bu gün şirkətin öndə gedən aparıcı mütəxəssislərinə çevrilmişlər. 

Biz bu aksiyanı keçirərək daima restoranlarımıza dəstək olduğumuzu nümayiş edirik, həmçinin korporasiyanın banisi Rey Krokun "Balaca uşaqların böyük problemi olmamalıdır!” 1955-ci ildə yaratdığı Ronald Makdonaldın Ümumdünya Xeyriyyə Fondunun şüarında səslənən fəlsəfəni davam etdiririk.

Hal-hazırda şirkətimizdə 800-dən çox işçi çalışır və öz karyeralarını uğurla davam etdirirlər. Qeyd etmək istəyirəm ki, şirkətin inkişaf planına uyğun olaraq, 2017-ci il ərzində işcilərimizin sayını 1200 nəfərə çatdırmağı planlaşdırırıq”.