Azərbaycan Nazirlər Kabinetinin 2014-cü il üzrə fəaliyyəti haqqında hesabat Milli Məclis tərəfindən qəbul olunub.
Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Artur Rasızadə tərəfindən təqdim olunan hesabat müzakirəyə çıxarılıb. Müzakirədən sonra hesabat səsə qoyularaq qəbul olunub.