Müdafiə naziri ölkəsində həmcinsi ilə ilk nikah bağlayacaq

İtaliyanın müdafiə naziri Roberta Pinotti istirahət günü şəxsən özü ölkəsində həmcinsi ilə ilk nikaha girəcək. sabahinfo.az saytı xarici mediaya istinadən bildirir ki, o, bununla cinsi azlıqların nümayəndələrinin təcrid olunmasına son qoymaq istəyir.

 

İtaliya ordusu və polisində cinsi azlıqların təcrid olunması daha çox hiss edilir.

 

Yerli KİV-lərin məlumatına görə, Roberta Pinotti nikahla Genuadan olan iki lesbiyanla ittifaq bağlayacaq.

 

Qərbin ən iri ölkələrindən biri olan İtaliyada may ayında eynicinslilərin nikahının qeydiyyatına razılıq verilib. Ölkə parlamenti bir neçə ay davam edən qızğın müzakirədən sonra müvafiq qanun layihəsini qəbul edib.