Namiq şəhidlərə görə verilişə çıxmadı

Meyxanaçı Namiq Qaraçuxurlu bu gün "Nəsib olsa" verilişindəki çıxışını təxirə salıb. 

sabahinfo.Az axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçının özü xəbər verib. 

O bildirib ki, cəbhədə baş verən hadisələrlə əlaqədar verilişə qatılmayacaq:

"Bu gün "Nəsib olsa" verilişinin qonağı ola bilməyəcəyəm. Məni gözləyənlərin nəzərinə çatdırmağı özümə borc bildim. Allah şəhidlərimizə rəhmət eləsin".