2015-ci ildə dünya üzrə iqtisadi artım göstəriciləri pişləşməyə doğru gedib.
sabahinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 20-də keçirilən iclasında "2015-ci iln dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov dilə gətirib.
Nazir qeyd edib ki, bunun Azərbaycan iqtisadiyyatına da müəyyən təsirləri olub:
"Bank sektorunun maliyyə dayanıqlığı zəifləyib. Bütövlükdə isə əsas öhdəliklərin maliyyə təminatına nail olunub. İcmal büdcənin gəlirləri 18, 4 milyard manat, xərcləri isə 21 milyard manat icra olunub.
Qeyri-neft daxilolmaları üzrə 2015-ci il üçün 7 milyard, yaxud 107,8 faiz icra edilib. Ümumiyyətlə, qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi büdcədə 41, 6 faiz təşkil edib”.
Nazir həmçinin bildirib ki, hökumət 2015-ci ilin ortalarından qənaət rejiminə keçib:
"Ancaq sosial öhdəliklərin tam icrası təmin olunub. Bəzi lüzumsuz xərclər, investisiya layihələri isə təxirə salınıb. Bunun hesabına xərclərin qənaətinə nail olunub".