Neft bahalaşır

Neftin qiyməti dünya birjalarında bahalaşmaqdadır.

 

Sabahinfo.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,10 dollar və ya 2,11% artaraq 53,22 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,33 dollar və ya 2,46% artaraq 55,49 dollar olub.