Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Sabahinfo.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,10% bahalaşaraq 50,52 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10% artaraq 49,77 dollar təşkil edib.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 50,05 və 49,25 dollar olmuşdu.