Neftin qiyməti yenidən bahalaşıb

Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, neftin qiymətinə bazar ertəsi OPEK-ə daxil olan və olmayan ölkələrin neft hasilatını azaltmaqla bağlı razılığa gəlmələri barədə məlumatlar təsir edib. "Qara qızıl”ın hasilatının məhdudlaşdırılması üzrə sazişin imzalama ehtimalları fonunda qiymətlər 4 faizdən çox bahalaşıb. Belə ki, "Brent” markalı neftin yanvar fyuçersləri 4,12% artaraq bir barelə görə 48,79 dollara çatıb. WTI makarlı neftin yanvar fyuçersləri isə 4,03% bahalaşıb və bir barel üçün 48,23 dollar təşkil edib.