Niderland hökuməti Avropa İttifaqı üzrə həmkarlara Ukrayna və Aİ arasında bağlanmış Assosiasiya sazişinin əlavə izahı üzrə deklarasiya təklif edə bilər.
sabahinfo.Az xəbər verir ki, bu barədə Avropanın "EurActiv” internet resursu məlumat yayıb.
"Deklarasiyada Ukrayna ilə Assosiasiya barədə sazişin ölkənin Aİ-yə daxil olması üçün mərhələ olmadığı və Ukrayna vətəndaşlarının Avropa əmək bazarına çıxışa malik olmadıqları qeyd ediləcək”, - nəşr yazır.
Resursun məlumatına görə, sənəddə Kiyev ilə hərbi ittifaqın yaradılmasına dair planların olmadığı və onun maddi dəstəyin olmaması əks olunmalıdır. Eyni zamanda deklarasiyada Ukraynada korrupsiya ilə mübarizəyə diqqət ayrılacağını vurğulamaq planlaşdırılır.
Noyabrın 2-də diplomatik mənbəyə istinadən Niderlandın sazişin təsdiqlənməsi müqabilində Ukraynanın birliyə daxil edilməməsinə zəmanət verən sənədlərin tələb edilə biləcəyinə dair informasiya yayılıb.
Aprelin 6-da Niderlanda Ukrayna və Aİ assosiasiyasının təsdiqlənməsi məsələsinə dair referendum keçirilib. Səsvermən iştirakçılarının əksəriyyəti – 61%-i sazişin əksinə çıxış edib, seçicilərin 38%-i isə dəstəkləyib. Səhərisi gün hakimiyyət, səsvermənin tövsiyə xarakterli olmasına baxmayaraq, ölkənin Assosiasiya barədə sazişin təsdiqlənməsi prosesinin davam etdirə bilməyəcəyini elan edib.