Obama "soyqırım” demədi

ABŞ prezidenti Barak Obama 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri "soyqırımı" adlandırmaqdan çəkindi. 

 

Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

 

ABŞ prezidenti çıxışı zamanı qeyd edib ki, "1915-ci ildə erməni əhalisinin kütləvi qətlinin ildönümü tarixi qoruyub saxlamağa və ötənlərlə hesablaşmağa çağırışdır".

 

O vurğulayıb ki, 1915-ci ildə baş verənlərə fikrini bir necə dəfə bildirib və mövqei dəyişilməzdir.