Səudiyyə Ərəbistanı hökuməti öldürülən jurnalist Camal Haşqacının övladlarına Qara dəniz sahilində, Ciddə şəhərində mülklər bağışlayıb.
Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mülklərin ümumi dəyəri 4 milyon dollardan çoxdur. Camal Haşqacının böyük oğlundan başqa, digər övladları ABŞ-da yaşayır və həmin mülkləri satmağı planlaşdırır.
Xatırladaq ki, Camal Haşqacı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxıb.(modern.az)