Peterburq metrosunda daha bir bomba tapıldı

Sankt-Peterburq metrosunun "Ploşşad Vosstaniya" stansiyasında partlayıcı qurğu tapılıb.

Bu barədəAzVision.azRusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən partlayıcı qurğu işə düşməyib. Hazırda bomba zərərsizləşdirilir.

Xatırladaq ki, metronun "Texnoloqiçeskiy institut" və "Sennaya ploşşad" stansiyalarında baş vermiş partlayışlar nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb. Bütün metro stansiyaları bağlanıb.