Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin azərbaycanlı iştirakçısı Pərvanə Alcanovanı dəstəkləyib.
Bu barədə sabahinfo.Az Report-a istinadən xəbər verir.
Fevralın 18-də NTV telekanalı müsabiqənin seçim turlarının davamını göstərəcək. Seçim turlarında Rusiya və digər MDB ölkələrinin uşaq evlərindən, internat məktəblərindən olan, qəyyumluğa götürülmüş uşaqlar iştirak edirlər.
"Pərvanənin güclü səsi və şübhəsiz, istedadı var. Onun ana haqqında mahnını gözəl ifa etməsinə və bu müsabiqədə Azərbaycanı layiqincə təmsil etməsinə görə şadam”, - deyə P.Bülbüloğlu söyləyib.
Diplomat Alcanovaya uğurlar arzulayıb və həmyerlisi ilə fəxr etdiyini bildirib.