Cənubi Koreya prezidenti Pak Kın Xenin rəfiqəsi həbs edilib.
"Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, Çoy Sun Sil ölkə başçısına təsir göstərməkdə, onun hakimiyyətindən sui-istifadə etməkdə günahlandırılır.
Bundan başqa, ölkədə kütləvi etirazlar başlayandan sonra Sil əsas şübhəli şəxsə çevrilib. Belə ki, prezident Pak Kın Xenin rəfiqəsinə mühüm məlumatları ötürdüyü məlum olan gün Çoy Sun Sili öldürməyə çalışan şəxs saxlanılıb.
Buldozerlə prokurorluq qapısını sındırmağa çalışan şəxs ifadəsində "Çoy Sun Sili görməyə və onun ölməyinə kömək etməyə gəlmişəm. Kişi iddia edib ki, Sil əməllərinə görə ölümə layiq olduğunu söyləyib”- deyib.
Həbs edilən Ç.S.Sil isə dindirmələr zamanı ittihamları rədd edib və prezidentə təsir göstərmədiyini deyib.