Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin ştat sayını 1,897 milyon nəfərədək artırıb. Bu, keçmiş fərmanla təyin olunandan təxminən 12 min nəfər çoxdur.
Müvafiq sənəd imzalandığı vaxtdan qüvvəyə minir. 2017-ci il iyulun 1-dən Silahlı Qüvvələrin sayı 1,903 milyon nəfərə çatacaq. Bununla yanaşı, hərbçilərin sayı dəyişməyəcək və 1,013 min nəfər təşkil edəcək.
2016-cı ilin iyulunda dərc olunan əvvəlki fərmana əsasən Silahlı Qüvvələrin ştat sayı 1,885 milyon nəfər olub. Beləliklə, keçən illə müqayisədə Rusiya Ordusunun ümumi sayı təxminən 12 min nəfər artıb.