Ermənistanın bir sıra nazirliyində və onların tabeliyində olan dövlət qeyri-kommersiya təşkilatlarında Dağlıq Qarabağdakı separatçı rejimin "milli lotereyası” məcburən satılır. sabahinfo.az Ermənistan mediasına istinadən bildirir ki, bu lotereya guya qondarma rejimin ordusunun hərbçilərinin sosial problemlərini həll etmək üçün nəzərdə tutulub.
Məlumatda qeyd edilir ki, bu praktika artıq bir neçə ildir Ermənistanın dövlət strukturlarında tətbiq olunur.
Digər xəbərə görə, bu il bir neçə dövlət qeyri-kommersiya təşkilatında həmin lotereyanı 2000 drama (4 dollar) almaqdan imtina ediblər. Ancaq rəhbərliyinin sözlərinə görə, bu məcburidir.
2014-cü ildə "Qrapark” qəzeti Yerevan məktəblərində müəllimlərin bu bileti almağa məcbur edildiyini yazırdı.
"Ayakan jamanak” isə 2013-cü ildə lotereyanın Kənd Təsərrüfatı Universitetində məcburi qaydada satıldığını iddia edirdi.