Amerika fond bazarında Dow Jones indeksi 0,20% - 18 495,66 bəndədək, S&P 500 0,29% - 2 175,49 bəndədək, NASDAQ 0,40% - 5 204,69 bəndədək enib.
sabahinfo.az APA-ya istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,22% - 6 866,42 bəndədək artıb, Fransa CAC-40-ı 0,36% - 4 452,01 bəndədək, Almaniya DAX-ı 0,39% - 10 650,89 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,50 dollar ucuzlaşaraq 1 348,40 dollara, gümüş isə 0,04 dollar ucuzlaşaraq 20,13 dollara satılıb.