İŞİD-in özünə "paytaxt” elan etdiyi Rakka şəhəri terrorçulardan tam azad olunub.
Sabahinfo.az-ın məlumatına görə, bu haqda "Al Arabiya” xəbər yayıb.
Məlumata görə, terrorçular Suriya Demokratik Qüvvələrinə (SDQ) təslim olublar.
Qeyd edək ki, Rakkanın azad olunması əməliyyatı iyunun 6-sı başlayıb.SDQ-yə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya havadan dəstək verib.