Ötən gün Ankarada rəsm sərgisinin açılışında iştirak edən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürüldü.
Qeyd edək ki, diplomatı qətlə yetirən şəxs 1994-cü il təvəllüdlü, Ankara Çevik Qüvvət Müdirliyində işləyən polis əməkdaşı Mövlud Mert Altıntaşdır.
Məlumat üçün bildirək ki, Mövlud Mert səfirə atəş açdıqdan sonra: "Biz Suriyada hər gün ölürük, qətliamda rolu olan hər kəs cavab verəcək", "Hələbdə uşaqları öldürürsünüz, bunun intiqamını alacağıq", - kimi mesajlar verib.
Xatırladaq ki, Mövlud Mert hadisədən dərhal sonra zərərsizləşdirilib.
Sabahinfo.Az modern.az-a istinadən xəbər verir ki, Türkiyənin hökumətə yaxın KİV-lərində səfirin qatili olan polis məmurunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olduğu haqda məlumatlar yayılıb. Lakin bu iddia hələlik rəsmi təsdiqini tapmayıb.