Səudiyyə Ərəbistanında cütlük toydan iki saat sonra sosial şəbəkələrdə yayılmış fotolara görə boşanıb.
sabahinfo.Az-ın məlumatına görə, bu barədə çərşənbə günü, oktyabrın 26-da,The Independent nəşri yazır.
Məlumata əsasən, ər həyat yoldaşının "Snapchat” şəbəkəsində bir neçə fotonu paylaşdıqdan sonra boşanmaq qərarı verib. Gənc qadın rəfiqəsinə toy mərisimindən bir neçə foto göndərib. Nikah müqaviləsində isə qadının "Snapchat”, "Instagram” və "Twitter” kimi sosial şəbəkələrdən istifadə etməyəcəyinə dair xüsusi bənd olub.
Səudiyyə Ərəbistanın qanunlara əsasən, kişilər heç bir səbəb olmadan belə birtərəfli qaydada boşana bilərlər. Qadınlar isə boşanma ərizəsi verməzdən əvvəl ərlərinin və məhkəmənin razılığını almalıdırlar.