Türkiyə Böyük Millət Məclisində kütləvi dava olub. sabahinfo.az saytı xəbər verir ki, millət vəkilləri arasında başlanan dava Türkiyənin Səhiyyə naziri Rəcəb Akdağın çıxışı zamanı HDP-liləri sərt tənqid etməsindən sonra başlayıb. HDP-li iki deputat nazirə kobud cavab verdikdə isə məclisdə aləm bir-birinə qarışıb.