Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 183 ölkə ilə 16 milyard 31 milyon 631 min dollar həcmində ticarət əməliyyatı həyata keçirib.
sabahinfo.Az-ın məlumatına görə, "Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 20,20% azalma qeydə alınıb.
Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6% azalaraq 7 milyard 716 milyon 723 min dollar, ixrac isə illik 30,02% azalaraq 8 milyard 314 milyon 908 min dollara enib.
Bu ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsində 598 milyon 184,35 min dollarlıq müsbət saldo (yəni, xaricə satdığımız, xaricdən aldığımızdan çoxdur - red.) yaranıb.