Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və onun türkiyəli həmkarı Hulusi Akar arasında danışıqlar keçirilib.
sabahinfo.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Baş Qərargah rəisləri Hələbdəki vəziyyətin normallaşdırılması daxil olmaqla, ümumilikdə, Suriyadakı böhranın nizamlanması üzrə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Gerasimov türkiyəli həmkarını Hələbdəki humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində Rusiyanın səyləri barədə məlumatlandırıb.
Suriyada "Cəbhə ən Nüsrə” terrorçu qruplaşmasını "mötədil” müxalifətdən fərqləndirilməsinin vacibliyi qeyd olunub.