Türkiyədə ABŞ dollarının məzənnəsi 3,12 lirə həddini keçərək növbəti tarixi maksimuma yüksəlib.
sabahinfo.Az report-a istinadən bildirir ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilərlə əlaqələndirilir. Belə ki, fyuçers kontraktlarına əsasən, dekabrda uçot dərəcəsinin artırılması ehtimalı 72,5% təşkil edir. Türk lirəsinin ucuzlaşmasına digər səbəblər arasında isə daxili siyasət və geosiyasi proseslər yer alıb.
"KapitalFX" broker şirkətinin araşdırmaçısı Ənvər Ərkan hesab edir ki, qısa müddət ərzində dollar 3,10 TRY/USD səviyyəsindən yuxarı olacaq, sonradan onun qismən azalması və ya daha artması mümkündür: "Lakin məzənnənin yenidən dayanıqlı şəkildə 3,03-3,05 TRY/USD diapazonuna enməsi mümkün olmayacaq".
"Report"un analitik qrupu türk lirəsinin devalvasiyasının kəskinləşəcəyi təqdirdə bu prosesin inkişaf etməkdə olan bölgə ölkələrinə də sıçraya biləcəyini proqnozlaşdırır. Nəticədə, Azərbaycan manatının da ucuzlaşması mümkündür: "Çünki Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir".
Qeyd edək ki, son günlərdə əsas idxal tərəfdaşlarımızdan olan Çin də milli valyutası - yunanın ucuzlaşdırılmasını sürətləndirib.