Türkiyənin senzura monitorinq qrupu "TurkeyBlocks” ölkədə "WhatsApp” messencerinin, "YouTube” videohostinqinin, eləcə də "Facebook” və "Twitter” sosial şəbəkələrinin blok edildiyi barədə məlumat yayıb.
sabahinfo.Az "Gazeta.ru”ya istinadən xəbər verir ki, girişin noyabrın 4-də yerli vaxtla saat 01:20-də blok edildiyi dəqiqləşdirilib.
Hüquq-mühafizəçiləri "Instagram” sosial şəbəkəsinə də girişin məhdudlaşdırıldığını bildiriblər.
"TurkeyBlocks”da blok edilməni müxalif partiyası Türkiyə Xalqların Demokratik Partiyasının bir neçə liderinin saxlanılması və bu partiyanın Ankarada yerləşən qərargahında aparılan axtarışlarla əlaqələndiriblər.