Türkiyənin Van vilayətinin Erciş rayonunda içərisində partlayıcı maddə olan yük maşını aşkarlanıb. sabahinfo.az saytı xəbər verir ki, APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, avtomobil Van-Ağrı yolundakı Erciş Bələdiyyəsinin önündə saxlanılıb.
Təhlükəsizlik qüvvələri avtomobili bələdiyyənin önünə qoyub qaçan terrorçuların axtarışlarına başlayıb.