Türkiyədə dövlət çevrilişi cəhdində iştirakda ittiham olunan iki general Almaniyanın Frankfurt şəhərində sığınacaq istəyib.
Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, generallar şəhərin hava limanında sığınacaqla bağlı müraciət ediblər. Müraciətin ilkin araşdırılmasından sonra onların Giessen bölgəsində müvəqqəti sığınacağa göndəriləcəyi gözlənilir.
Generalların adı açıqlanmır.