Türkiyənin Baş naziri müxalifət liderləri ilə görüşəcək

Türkiyə baş naziri Binəli Yıldırım CHP sədri Kamal kılıçdaroğlu və MHP rəhbəri Dövlət Baxçalı ilə Çankaya sarayında görüşəcək.

sabahinfo.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 14-də baş tutacaq görüşdə İstanbulda "Beşiktaş” stadionunun qarşısında 44 nəfərin ölümü ilə nəticələnən terror aktları müzakirə olunacaq.