Türkiyənin bu şəhərində küçəyə çıxmaq qadağan edildi

Dünən Türkiyənin Kayseri şəhərində törədilmiş terror aktından sonra ölkənin cənub-şərqində cəmləşmiş PKK terrorçularına qarşı əməliyyatlar genişləndirilib. Sabahinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Diyarbəkir vilayətində əhaliyə küçəə çıxmamaqla bağlı xəbərdarlıq edilib. Rəsmi olaraq 21 məhəllədə küçəyə çıxmaq qadağan edilib.

 

Bildirilir ki, Türkiyənin təhlükəsizlik orqanları bu gün ərazidə daha geniş anti-terror əməliyyatına start verəcək.