Türklərlə çeçenlər arasında kütlə dava olub

Avstriyanın paytaxtı Vyanada türklər və çeçenlər arasında kütlə toqquşma baş verib.

 

sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, azı 20 nəfərin iştirak etdiyi davada bıçaqdan istifadə olunub.

 

İnsident zamanı yaxınlıqdan keçən Serbiya vətəndaşı tramvay relslərinin üstünə yıxılaraq xəsarət alıb.

 

O, xəstəxanaya çatdırılıb. Polis faktla bağlı araşdırma aparır