Sentyabrın 23-də Ukraynada "Uber"ə rəqib "Taxify" taksi çağırışı xidməti işə salınıb. sabahinfo.az saytı "Azərtac”a istinadən xəbər verir ki, bu xidmətdən ilk olaraq Kiyev sakinləri istifadə edə biləcəklər. Şirkətdə ilkin hazırlıq keçən 200 sürücü çalışacaq. Sistem sərnişinlərə sürücüləri, sürücülərə isə sərnişinləri qiymətləndirməyə imkan verir. "Taxify" mobil əlavəsini Android və iOS-ə yükləməklə müştərilər avtomobil sifariş edə bilərlər. Gediş haqqını mobil əlavə vasitəsilə ödəmək mümkündür.
Qeyd edək ki, ilk dəfə "Taxify" xidməti 2013-cü ildə Estoniyada buraxılıb. Bu gün xidmət 9 ölkədə, o cümlədən Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Latviya, Litva, Serbiya, Niderland və Meksikada fəaliyyət göstərir. Şirkət gələcəkdə daha bir neçə Avropa ölkəsində xidmətini genişləndirməyi planlaşdırır.