Venesuelanın Bolivar ştatında sərnişin avtobusunun aşması nəticəsində ən azı 11 nəfər ölüb, daha 14 nəfər isə yaralanıb.
sabahinfo.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Nestor Reverolanın verdiyi məlumata əsasən, avtobus Braziliya sərhədi yaxınlığında Bolivar və Santa-Elena şəhərləri arasında qəzaya uğrayıb.
Xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb.
Qəzanın səbəbləri barədə məlumat verilmir.