Xaricdən idxal olunan benzinin qiyməti artıb

Azərbaycana xaricdən idxal olunan "AI-95” Premium markalı benzinin qiymətində artım baş verib.

 

Sabahinfo.az-ın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlər tablolara vurulub.

 

"AI-95 Premium" maaarkalı benzinin yeni qiyməti 1,05 AZN olub.

 

Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi "AI-92” markalı benzinə şamil edilməyib.

 

"AI-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.93 AZN olub. 

 

"AI-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.