Rusiyanın Tula vilayətində Kimovsk şəhərində öz doğma atasını qarət etmiş yeniyetmə şəhər sakininin məhkəməsi başa çatıb.
sabahinfo.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Məhkəmənin gedişatında aydın olub ki, yeniyetmə Kimovskda atası və analığı ilə yaşayıb. Qohumlar arasında münasibətlər xoşagələn deyil, bu səbəbdən də yeniyetmə Azərbaycandakı qohumlarının yanına köçmək fikrinə düşüb. Bunun üçün o, pul oğurlayır, sənədlərini götürür və yola düşür. Onun yolu Tula, Moskva və Kiyevdən keçir. Daha sonra o, Dağıstana gəlir və burada polis əməkdaşları tərəfindən saxlanılır.
"Öz cinayətkar davranışı ilə S. zərərçəkənə iri məbləğdə maddi zərər vurub. Müttəhim öz günahını etiraf edib və peşmandır”, - Tula vilayətinin məhkəmə departamentinin mətbuat xidməti bildirib.
Məhkəmənin qərarı ilə müttəhim S. qarət törətməkdə günahkar bilinir və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.