Forum gerçəkliyin ictimailəşdirilməsi zərurətinin tədbiri oldu  

Beynəlxalq miqyaslı hər tədbir mahiyyəti etibarilə bəşəriliyə xidmət deməkdir. Azərbaycanda keçirilən hər belə tədbir dünyəvi proseslərin mühüm tərkib hissəsi olur. “ Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə “ mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu da bu qəbildəndir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi. Ölkə başçımız çıxışında iştirakçıların suallarını əhatəli, məntiqli və səmimi cavablandırdı.

Forumda 49 ölkədən və ev sahibi ölkədən nümayəndə iştirak etdiyini xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tədbirin ənənəyə çevrildiyini, onun beynəlxalq miqyasda hadisə olduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, region ölkələrinin özünü təhlükəsiz hiss etdiyini və s. bildirərək qeyd etdi ki, müharibə, qarşıdurma keçmişdə qalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “ Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda,gözləntilər vardır. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir“.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev moderator-“Euronews “ televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklafin -İsthamın sualına cavab olaraq dedi: “ Bəzən biz təəccüblənirik ki , Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur-yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasında münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi... “.

“ Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə “ mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu gerçəkliyə çağırış kimi tarixləşdi.

Səbinə XASAYEVA,

VI çağırış Milli Məclisin deputatı