Fransa Senatından Azərbaycana qarşı daha bir addım

Fransa Senatı Azərbaycana qarşı sanksiyaları tələb edən qətnamə qəbul edib. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb. 

Qətnamədə bir sıra əsassız yanaşmalarla bərabər Qarabağın separatçı liderlərinin guya əsassız həbsləri pislənib. 

Ermənipərəst addımları ilə seçilən Fransa Senatı daha bir destruktiv yanaşma göstərərək qətnamədə Azərbaycandan qaz və neft idxalına embarqo qoyulmasına çağırıb. 

Qətnamənin qəbulu sessiyasında fəxri qonaq qismində Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan və ləğv olunmuş separatçı "Dağlıq Qarabağ" nümayəndəsi Hovhannes Gevorgyan iştirak ediblər.