Fransada polis meriya binasını yandırmağa cəhd edən şəxsi yaralayıb

Fransada polis Anqulema şəhər meriyasını yandırmağa cəhd edən şəxsi yaralayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, bir şəxs meriya binasında yanğın törətməyə cəhd göstərib.

Qeyd edilib ki, insident zamanı başqa zərərçəkən olmayıb.