Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələri məlumdur.
Sabahinfo.az “Figaro”ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi bütün kommunalarda bülletenlərin sayılmasını başa çatdırıb.
Səslərin 100%-i sayıldıqdan sonra Makronun 27,6% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 23,41% səs toplayıb.
Jan-Lük Melanşon seçicilərin 21,95%-nin etimadını qazana bilib.
***
23:58
Fransada prezident seçkiləri keçirilir.
Sabahinfo.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
Bildirilib ki, seçkilərin birinci turunda Le Pen 27,8 faiz, Makron isə 26,2 faiz səslə liderdir.