”Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsinə start verib. Layihə rəhbəri Gürzar İbrahimova görüləcək işlər barəsində məlumat verib.
Bildirib ki, 3 ay həyata keçiriləcək alyihə çərçivəsində Füzuli, Xocalı, Laçında uşaqların asudə avxtlarının səmərəli təşkili, uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı iş aparılacaq. Layirə rəhbəri, uşaq yazıçısı Gülzar İbrahimovun uşaqlarla görüşü keçiriləcək.
G.İbrahimova onu da bildirib ki, keçirilən görüşlər çərçivəsində uşaqlara hər rayonda 100 kitab olmaqla ümumi 300 kitab pulsuz olaraq paylanılacaq. Paylanılacaq kitabların kitabxanalarda yer alması istiqamətində iş görüləcək ki, bu da layihə bitəndən sonra da uşaqların həmin kitablardan yararlanmasına gətirib çıxaracaq.
Eyni zamanda KİV-də uşaqlarda oxu mədəniyyətinin inkişaf etdirilməsi, uşaq yazıçısı G.İbrahimovanın nağılları dərc olunacaq ki, bu da layihənin daha geniş arenaya çatdırılmasına vəsilə olacaq.