Şirvan Futbol Klubunun rəhbərliyi və kollektivi ilə görüş

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Şirvan FK ilə Görüş Keçirildi Bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Şirvan Futbol Klubunun rəhbərliyi və kollektivi ilə görüş keçirilib.

Tədbirin açılışında Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov çıxış edərək qonaqları səmimi salamlayıb və onların bu görüşə qatılmasından məmnunluğunu ifadə edib.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış üzrə deputatı, Şirvan Futbol Klubunun Müşahidə Şurasının sədri İltizam Yusifov çıxış edərək klubun yaradılma məqsədi, əldə olunan uğurlar və gələcək inkişaf istiqamətləri barədə məlumat verib. O, Şirvan FK-nın qısa müddət ərzində qazandığı nailiyyətlərin şəhərin idman həyatında mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən Şirvan Futbol Klubunun prezidenti Ramil Tağıyev isə futbolçular və klub adından Şirvan Şəhər Mərkəzi Xəstəxanasının kollektivinə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib.

Klubun nümayəndə heyətinin üzvü Xıdır Ağayev çıxışında komandanın Liqa üzrə keçirdiyi oyunlarda məhsuldar və inamlı çıxış edərək qələbələr qazandığını xüsusi vurğulayıb.

Görüşün sonunda Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan Futbol Klubu adından qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.