"2024-cü ilin dövlət büdcəsi suveren Azərbaycanın büdcəsi olacaq".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən büdcə müzakirələrində parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədri diqqətə çatdırıb ki, qarşıdan mühüm dövlət bayramları gəlir: "Milli Məclisdə büdcə müzakirələrinin tarixi bayram günlərində keçirilməsi də rəmzi məna daşıyır".